• cümə axşamı, 25 aprel, 15:53
  • Baku Bakı 23°C

Səfir: "Azərbaycan və Əfqanıstan regional problemlərlə bağlı ümumi baxışa malikdir"

19.12.16 12:30 851
Səfir: "Azərbaycan və Əfqanıstan regional problemlərlə bağlı ümumi baxışa malikdir"
"Azərbaycanın "Asiyanın ürəyi” - İstanbul prosesində həyati vacib rolu, 2017-ci ildə bu prosesə həmsədrlik etməsi və Nazirlər Şurasına ev sahibliyi Azərbaycanın Əfqanıstanda sülh və stabilliyintəminatı işinə sadiqliyinin göstəricisidir".
Əfqanıstanın Azərbaycandakı səfirliyindənAPA-ya verilən məlumata görə, bu sözləri səfir Məhəmməd Taqi Xalili deyib. O bildirib ki, bununla da iki ölkə arasında əməkdaşlıq regional çağırışlara cavab vermək üçün əlavə impuls qazanıb: "Ölkələrimiz regional problemlər və məsələlərlə bağlı ümumi baxışa malikdir və onların qarşısını almaq üçün güclərini birləşdirir. Biz Azərbaycan rəhbərliyi və hökumətinə "Asiyanın Ürəyi” təşəbbüsünə həmsədrlik etmək və Nazirlər Şurasına ev sahibliyi etmək təşəbbüsü üçün minnətdarıq. Ölkələrimiz arasında münasibətlərin güclənməsi fonunda bu müsbət irəliləyiş gələcək tərəqqi üçün islami və regional faktorların mühüm qarşılıqlı fəaliyyətdirir”.
banner

Oxşar Xəbərlər