• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Səfir: "Azərbaycan qazının Avropaya çatdırılması tarixi nailiyyətdir"

05.01.21 16:00 413
Səfir: "Azərbaycan qazının Avropaya çatdırılması tarixi nailiyyətdir"
"Azərbaycan qazının Avropaya çatdırılması Böyük Britaniya hökuməti və şirkətlərinin uzun illərdir dəstəklədikləri tarixi bir nailiyyətdir".
Kaspi.az-ın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.
"Cənub Qaz Dəhlizinin başa çatması və Avropaya Azərbaycan qazının çatdırılması münasibətilə təbrik edirəm. Bu, Böyük Britaniya hökuməti və şirkətlərinin uzun illərdir dəstəklədikləri tarixi bir nailiyyətdir", - deyə britaniyalı diplomat qeyd edib.
banner

Oxşar Xəbərlər