• cümə axşamı, 28 mart, 17:58
  • Baku Bakı 16°C

Səfir: Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır

15.04.19 11:30 526
Səfir: Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.
Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verir, Əfqanstana sülhməramlı qoşunlarını göndərir.
O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır.
Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini də vurğulayıb.
banner

Oxşar Xəbərlər