• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

Səfir: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır

13.06.18 13:00 390
Səfir: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaşdır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini işində əsas tərəfdaş və mühüm oyunçudur.
Trend-in məlumatına görə, bunu Bakıda "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda keçirilən beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.
Diplomat bildirib ki, Avropanın təhlükəsizliyi enerji təhlükəsizliyi olmadan mümkün deyil:"Bolqarıstanın məqsədi qonşu ölkələrlə infrastruktur layihələrinin reallaşdırılması planında əməkdaşlığı intensivləşdirmək, regionda qaz şəbəkəsini inkişaf etdirməkdir. Enerji təhlükəsizliyini təmin etmək üçün karbohidrogenlərin nəqli marşrutlarını və tədarük mənbələrini şaxələndirmək, həmçinin uzunmüddətli tədarükü təşkil etmək lazımdır".
N.Yankov qeyd edib ki, Cənub Qaz Dəhlizi bu tələbatlara cavab verir.
banner

Oxşar Xəbərlər