AZE | RUS | ENG |


Səfir: “Aİ ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri layihənin həyata keçirilməsi mümkün olmazdı”

Səfir: “Aİ ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri layihənin həyata keçirilməsi mümkün olmazdı”
"Azərbaycan Avropa İttifaqının tarixində tərəfdaş ölkə qismində bu quruma sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Aİ sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir. Bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, bu münasibətlər strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar Riqa zirvə görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi”.
 
Bu sözləri "EurActiv” portalına müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.
 
Səfir bildirib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı” çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək: "Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən siyasi dialoq üçün çox möhkəm əsasımız var. Məncə, bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Danışıqlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək”.
 
Azərbaycan üçün birbaşa Avropa İttifaqı ilə, yoxsa quruma üzv olan ölkələrlə ayı-ayrılıqda əməkdaşlıq etməyin daha önəmli olduğu barədə suala F. İsgəndərov belə cavab verib:
 
"Bu yanaşmanı hazırda bu cür ziddiyyətli formada qoymaq istəməzdik. Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətlərimiz yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hal-hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Əmin deyiləm ki, Aİ institutları ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri bir layihənin həyata keçirilməsi mümkün olaydı. Buna görə də Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. Aİ-nin hal-hazırda üzləşdiyi ciddi təhlükələrlə bağlı deyərdim ki, bu təhlükələrin bir qismi qonşuluqdan gəlir. Bu səbəbdən də avropalı dostlarımıza təklifimiz üzv ölkələr, qonşu ölkələr, xüsusilə qonşu müsəlman ölkələri ilə birgə əməkdaşlıq etməkdən ibarətdir. Azərbaycan doğma Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002