• cümə, 29 Mart, 19:20
  • Baku Bakı 14°C

Səfir: "ABŞ-da səsvermə, mübarizə başa-baş getdi"

09.11.16 11:51 847
Səfir: "ABŞ-da səsvermə, mübarizə başa-baş getdi"
"ABŞ-da səsvermə, mübarizə başa-baş getdi. Seçkidə hər bir səsin əhəmiyyətli olduğu bir daha təsdiqini tapdı".

APA-nın məlumatına görə, bunu ABŞ-da prezident seçkilərinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, səslərin sayılması davam edir: "Ancaq Hillari Klintonun nümayəndəsi artıq tərəfdarları evlərinə qayıtmağa çağırıb. Bununla belə, ABŞ-da adətən namizədlərdən biri qələbə münasibəti ilə digərini təbrik edir. Hələ bu baş verməyib. Buna görə də seçkinin qalibi barədə danışmaq tez olardı".

Diplomat qeyd edib ki, yeni prezidentin administrasiyası siyasətini 2017-ci il yanvarın 20-ə qədər formalaşdıracaq.

ABŞ səfiri yeni prezidentin dövründə də Azərbaycanla münasibətlərdə iqtisadiyyat, enerji və demokratiya sahəsində prinsiplərin dəyişməyəcəyinə inandığını bildirib.
banner

Oxşar Xəbərlər