• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

Səfir: "ABŞ 25 ildə Azərbaycana 1,3 milyard dollar yardım edib"

17.10.17 15:00 1698
Səfir: "ABŞ 25 ildə Azərbaycana 1,3 milyard dollar yardım edib"
"Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ-ın Azərbaycanla bağlı siyasəti sabit olub".
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş işgüzar yemək zamanı deyib.
Səfir bildirib ki, ABŞ müstəqil, çiçəklənən, demokratik Azərbaycanın tərəfdarıdır: "Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanırıq. Biz neft və qazın istehsalı, Azərbaycan və Xəzər hövzəsindən Avropaya və digər ölkələrə daşınması və bununla da qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də Dağlıq Qarabaö münaqişəsinin həlli istiqamətində Azərbaycanla birgə işləyirik. Son 25 ildə ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib. Bu yardımın 120 milyonu Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkmiş köçkünlərə yönəldilib".
banner

Oxşar Xəbərlər