• cümə, 19 Aprel, 11:09
  • Baku Bakı 13°C

Şəfiqə Axundovanın vəziyyəti ağırlaşıb

12.07.13 11:06 1557
Şəfiqə Axundovanın vəziyyəti ağırlaşıb
Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun APA-ya verdiyi məlumata görə, bəstəkar xəstəxananın reanimasiya şöbəsində yatır: “Şəfiqə xanım hazırda reanimasiya şöbəsindədir. Bəstəkarı xroniki qan dövranı çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə qəbul etmişik. Vəziyyəti hələlik ağırdır. Müalicə-müayinə işləri davam edir”.
Xatırladaq ki, Ş. Axundova son bir ayda anadan olduğu Şəki şəhərində yaşayıb. O, iyulun 10-da xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir qədər sonra təcili yardım maşını ilə Bakıya yola salınıb.
Ş. Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
banner

Oxşar Xəbərlər