• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Şəfiqə Axundovanın səhhəti pisləşib

15.07.13 11:33 1602
Şəfiqə Axundovanın səhhəti pisləşib
Tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın vəziyyəti dünən kəskin pisləşib.
Xalq artistinin bacısı Rəfiqə Axundova APA-ya bildirib ki, bəstəkar 20 dəqiqə özündə olmayıb: “Şəkəri, təzyiqi qəflətən kəskin düşdü. Vəziyyəti çox pis idi, öldü, ölümdən qayıtdı. Biz əlimizi üzmüşdük, həkimlər gəlib, müdaxilə etdilər, 20 dəqiqə sonra gözünü açdı. Mən özüm də başımı itirmişəm, bu xəstəlikdən baş açmıram”.
Rəfiqə Axundova əlavə edib ki, həkim xalq artistinin ayaq sümüyündə çat olduğunu təsdiq edib, hazırda ayağı müalicə olunur: “Bu, həm də yaşla bağlı olan məsələdir, sümükləri möhkəmliyini itirib. Bu gün səhər vəziyyəti normallaşdı. Yeməyində yenə problem var, amma az-az da olsa ,çalışırıq nə isə verək, zəifləməsin”.
Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk operanın - "Gəlin qayası" operasının müəllifidir.
banner

Oxşar Xəbərlər