• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

Səfər Əbiyevin daha bir silahdaşı həbs olundu

27.01.14 13:38 1721
Səfər Əbiyevin daha bir silahdaşı həbs olundu
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib.
AzNews.az xəbər verir ki, HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. S. Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb.
Qeyd edək ki, bu yaxınlarda Hərbi Dəniz Qüvvələrinin (HDQ) daha bir əməkdaşı həbs olunmuşdu.
banner

Oxşar Xəbərlər