• cümə axşamı, 18 aprel, 10:11
  • Baku Bakı 12°C

Səfər Əbiyev bu gün Moskvada rusiyalı həmkarı ilə görüşəcək

23.05.13 11:12 1636
Səfər Əbiyev bu gün Moskvada rusiyalı həmkarı ilə görüşəcək
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçiriləcək.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əlaqələr müzakirə olunacaq.
Səfər Əbiyevin MDB ölkələrinin müdafiə nazirləri ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev “Avropa təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya səfərə gəlib.
banner

Oxşar Xəbərlər