• cümə axşamı, 28 mart, 23:16
  • Baku Bakı 13°C

Sədr: "İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır"

13.03.18 13:30 645
Sədr: "İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır"
Bakıda keçirilənATƏTParlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransı işini davam etdirir.
APA-nın məlumatına görə,ATƏTParlament Assambleyasının sədri Georgi Tsereteli çıxışında bildirib ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çoxATƏTölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib. O qeyd edib ki, iqtisadi əməkdaşlıq daATƏT-in prioritetləri sırasındadır: "ATƏTvə onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir. İpək Yolu ticarət yoludur. Mallar daşınır və satılır. Amma İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımdan əhəmiyyət kəsb edən şəhərlərdir. iqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanmasının qarşısını almalıyıq. Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir.Bakı-Tbilisi-Qarsdəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqteyi-nəzərindən vacibdir".
banner

Oxşar Xəbərlər