AZE | RUS | ENG |

Sədr: "İqtisadi əməkdaşlıq ATƏT-in prioritetləri sırasındadır"

Sədr:
Bakıda keçirilən ATƏTParlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransı işini davam etdirir.
 
APA-nın məlumatına görə, ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli çıxışında bildirib ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çox ATƏTölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib. O qeyd edib ki, iqtisadi əməkdaşlıq da ATƏT-in prioritetləri sırasındadır: "ATƏT və onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir.  İpək Yolu ticarət yoludur. Mallar daşınır və satılır. Amma İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımdan əhəmiyyət kəsb edən şəhərlərdir. iqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanmasının qarşısını almalıyıq. Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqteyi-nəzərindən vacibdir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000