• şənbə, 20 Aprel, 02:17
  • Baku Bakı 15°C

Sədr: İçərişəhərdəki yeraltı yolları istifadə etmək mümkün deyil

07.06.19 20:38 648
Sədr: İçərişəhərdəki yeraltı yolları istifadə etmək mümkün deyil
Hələ orta əsrlərdə, bəlkə də ondan da əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yol mövcud olub.
Trend-in məlumatına görə, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.
O qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb: "Mütəxəssislər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, təəssüf olsun ki, yollar günümüzə olduğu kimi gəlib çıxmayıb.
Bu yolların bir neçəsi nə vaxtsa bizə məlum olmayan səbəblərdən beton və ya digər üsullarla bağlanıb. Yolun əvvəldən axıra qədər mövcudluğundan təəssüf ki, danışmaq olmur. Yeraltı yolları şəbəkə olaraq bir-birinə bağlamaq və yaxud hər hansı məqsədlər üçün istifadə edilməsi mümkün deyil”.
banner

Oxşar Xəbərlər