• çərşənbə, 24 Aprel, 05:25
  • Baku Bakı 14°C

Seçkiöncəsi proseslər Azərbaycanda dərin demokratik ənənələrin olduğunu bir daha sübut edir

07.02.20 15:30 1252
Seçkiöncəsi proseslər Azərbaycanda dərin demokratik ənənələrin olduğunu bir daha sübut edir
Seçkiöncəsi aparılan proseslər Azərbaycanda dərin demokratik ənənələrin olduğunu bir daha sübut edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yaqub Bulud bildirib.
O qeyd edib ki, aparılan son islahatlar Azərbaycanın müasirləşmə yolunda böyük addımlarla irəlilədiyini dünya ictimaiyyətinə göstərdi. Seçkiqabağı prosesdə seçkilərində gənclər və bütün siyasi partiyalar üçün böyük imkanların yaradılması ölkədəki azad fikrin təzahürüdür.
Apardığı müşahidələr zamanı cəmiyyətdə şəffaf seçkilərə inamın kifayət qədər böyük olduğuna şahidlik etdiyini deyən Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri əlavə edib ki, seçki prosesi öz axarı ilə gedir. Bildirib ki, sosial şəbəkələrdən əldə etdiyi məlumatlara əsasən deyə bilər ki, namizədlər müstəqil şəkildə təbliğat-təşviqat kampaniyalarını aparırlar. Onlara qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb. Bütün bunlar seçkilərin demokratik prinsiplərə uyğun, ədalətli və şəffaf şəraitdə keçəcəyini deməyə əsas verir.
Yaqub Bulud qeyd edib ki, Azərbaycanda mövcud olan siyasi sabitlik Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir.

banner

Oxşar Xəbərlər