• cümə, 19 Aprel, 18:17
  • Baku Bakı 24°C

Seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır

10.12.18 10:07 479
Seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçici səs verib. Səbəb isə birdir: siyahıdakı 2,6 milyon seçicinin böyük əksəriyyəri ölkədə yoxdur.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: "Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur”.
Deputat qeyd edib ki, seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır.
A.Mirzəzadə əlavə edib ki, Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır və yaşadacaq.
banner

Oxşar Xəbərlər