• cümə, 26 Aprel, 11:13
  • Baku Bakı 12°C

Seçkilərə gəlməyən milyonlarla misirli cərimə ödəməli olacaq

09.10.18 13:42 311
Seçkilərə gəlməyən milyonlarla misirli cərimə ödəməli olacaq
Misirin Milli Seçki Komissiyası bu ilin mart ayında keçirilən prezident seçkilərində iştirak etməyən seçicilərin siyahısını tərtib edib.
AZƏRTACxəbər verir ki, "Əl-Vətən” qəzetinin yaydığı məlumata görə, siyahı üzrlü səbəb olmadan seçki məntəqəsinə gəlməyən hər bir vətəndaşın 500 Misir funtu (28 dollar) həcmində cərimələnməsi üçün prokurorluğa veriləcək.
"Seçki komissiyası qanunu icra etməyə borcludur, cərimə yenilik deyil və bütün seçkilərə şamil edilir”, - deyə qurumun rəhbəri Laşin İbrahim bildirib.
Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə səsvermə hüququ olan təxminən 60 milyon vətəndaşdan 34 milyon 823 min nəfəri (59 faiz) seçkilərdə iştirak etməyib.
İndiyə qədər seçkilərdə iştirak etməyənlərin sayı çox olduğundan cərimə tətbiq olunmurdu.
Misirin hazırkı rəhbəri Əbdül Fəttah əs-Sisi prezident seçkilərində 22 milyon səs qazanıb ki, bu da seçkidə iştirak edənlərin 97 faizini təşkil edib.
banner

Oxşar Xəbərlər