• şənbə, 20 Aprel, 14:46
  • Baku Bakı 23°C

Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

08.02.20 17:41 918
Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.
M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 89 676 nəfərə çatıb. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.
MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir:
"Beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir".
banner

Oxşar Xəbərlər