• şənbə, 20 Aprel, 09:10
  • Baku Bakı 14°C

Seçkilərdə namizədlərin seçiciləri ilə görüşü üçün lazımi şərait təmin olunub

13.01.20 14:45 770
Seçkilərdə namizədlərin seçiciləri ilə görüşü üçün lazımi şərait təmin olunub
Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb:"Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər müəyyənləşib. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”.

banner

Oxşar Xəbərlər