• şənbə, 20 Aprel, 05:42
  • Baku Bakı 15°C

"Seçkilər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir"

30.03.18 15:40 588
"Seçkilər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir"
İmzatopalama kampaniyasından başlayaraq hazırda davam edən təbliğat-təşviqat kampaniyasına qədər olan dövrdə həyata keçirilən seçki prosesi qanunvericiliyə uyğun və demokratik prinsiplər çərçivəsində aparılır. Mövcud mühit 11 aprel seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf keçiriləcəyini deməyə əsas verir. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.
Seçkilərə hazırlıq prosesinin uğurla davam etdiyini deyən deputat bildirib ki, seçki qanunvericiliyi ildən-ilə daha da təkmilləşir.
"Bütün namizədlər üçün bərabər şərait yaradılıb. Peşəkar kadrlardan formalaşan Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf şəkildə keçirilməsi üçün mühüm işlər görür. Şəffaflığın təmin edilməsi üçün seçki məntəqələrinə veb-kameralar quraşdırılır, dairə komissiyaları lazımi avadanlıqla təmin olunur. Ümumiyyətlə, Azərbaycanın keçdiyi inkişaf yolu və mövcud şərait seçkilərin tam demokratik şəraitdə baş tutacağını göstərir”, - deyə Ş. Hacıyev qeyd edib.
Deputat beynəlxalq ictimaiyyətin Azərbaycandakı seçkilərə marağının böyük olduğunu da bildirib: "Seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı kifayət qədərdir. Müxtəlif beynəlxalq qurumlar nümayəndə heyətlərini Azərbaycana göndərir. Bununla yanaşı, parlamentlərarası dostluq qrupları da seçkiləri izləmək üçün ölkəmizə gələcək. Beynəlxalq təşkilatlar Azərbaycandakı tərəfdaşları ilə birlikdə "exit-pollar" da keçirəcəklər”.
Ş. Hacıyev əlavə edib ki, Azərbaycanda demokratik seçki ənənələriformalaşıb.
banner

Oxşar Xəbərlər