• cümə, 29 Mart, 15:02
  • Baku Bakı 14°C

Seçki Məcəlləsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub

07.12.17 14:40 2205
Seçki Məcəlləsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə və "Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri plenar iclasa tövsiyə edib.
APA-nın məlumatına görə, layihələr bu gün komitənin iclasında tövsiyə olunub.
Seçki Məcəlləsində dəyişikliklərdə qaydaları kobud pozan və öz yerinə başqasının səs verməsinə şərait yaradan deputatların mandatının Mərkəzi Seçki Komissiyası tərəfindən ləğvi, "Dövlət qulluğu haqqında” qanunda isə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində ticarət nümayəndələrinə dövlət qulluqçusu statusunun verilməsi əksini tapıb.
banner

Oxşar Xəbərlər