• cümə axşamı, 25 aprel, 15:14
  • Baku Bakı 23°C

Səbuhi Həsənov: “Pulumuz var, çəkirik”

25.01.19 17:49 952
Səbuhi Həsənov: “Pulumuz var, çəkirik”
İfaçı Səbuhi Həsənov uzun müddətdən sonra şou-biznesə "Səbuhassan” adı ilə geri dönüb. İfaçı media nümayəndələrini ətrafına cəm edib, "Getmə” adlı klipini təqdim etdi. Səhnəyə dönən ifaçı bu gün yeni çəkilən klipini nümayiş etdirib.
İfaçı bu adı əslində PR üçün istifadə etdiyini və özünə ləqəb götürdüyünü bildirib. Müğənni şou-biznesə lirik mahnı ilə geri dönməsi barədə də danışıb: "İndi qış fəslidir və mövsümə uyğun lirik mahnı təqdim etdik. Qarşıda şən mahnılar da olacaq”.
Layihənin rəhbəri Fərahim Sadiq də ifaçı barədə fikirlərini bölüşüb: "Səbuhi gənc və istedadlı müğənnidir. Biz onunla 2004-cü ildən tanışıq. Bir sirri də açım. Artıq "Səbuhassan” ilə 5 klip çəkmişik. 6-cının çəkilişləri davam edir. Sadəcə, mövsümə uyğun olaraq lirik mahnı ilə şou-biznesə qatıldıq. Yaxın zamanlarda daha şən mahnılarımızı təqdim edəcəyik”.
Sonda onlar jurnalistlərin suallarını cavablandırdılar. Kaspi.az saytının "indiki zamanda müğənnilər bir klipi güclə çəkdiyi halda, 6 klipi birdən çəkməyə sizi nə vadar etdi”- sualına S.Həsənov "pulumuz var, çəkirik” - deyə cavab verdi...
banner

Oxşar Xəbərlər