AZE | RUS | ENG |

Seboreya və onun növləri

Seboreya və onun növləri
Seboreya piy vəzləri funksiyasının pozulması nəticəsində əmələ gəlir. Bu zaman vəzdə piyin kəmiyyət və keyfiyyət dəyişikliyi baş verir. Başqa səbəblərlə yanaşı bəzi vitamin və fermentlərin çatışmazlığı, həmçinin irsi meyillilik də seboreyanın əmələ gəlməsinə səbəb ola bilər.

Paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın verdiyi məlumata görə, seboreyanın quru, yağlı və qarışıq növü var: "Quru seboreya zamanı başın tüklü hissəsində paraketotik xarakterli qabıqlanma, başqa sözlə kəpək müşahidə olunur. Onun miqdarı tədricən artır və başın tüklü hissəsinin dərisindən ayrılaraq, çiyinə və paltarın üstünə tökülür. Bəzən quru seboreya zamanı qaşınma müşahidə olunur. Saçların quruması və seyrələrək tökülməsi keçəlliyə aparıb çıxara bilər. Bununla bərabər üzün dərisi də quruyur, kəpəklənir və yüngül qıcıqlanma hissi yaranır.

Dərinin açıq sahələrində, həmçinin başın tüklü hissəsində seboreyanın əmələ gəlməsində əsas rolu "pitirosprum ovale” adlı göbələk oynayır. Xəstəliklə mübarizənin çətinliyi həmin göbələyin miqdarından asılıdır. Quru seboreya ekzemsatoz proseslərinin inkişafına səbəb ola bilər.

Onun dediyinə görə, yağlı seboreya duru və qatı olmaqla iki formaya ayrılır: "Duru seboreya zamanı dəri piyi duru olduğundan genişlənmiş piy axarından asanlıqla axıb gedir və qara nöqtələr demək olar ki, əmələ gəlmir. Xəstələrin üzü qızarır, yanaqları, burnu, alnı və saçları yağlı və parıltılı olur. Duru seboreya zamanı bir sıra ağırlaşmalar-dərinin irinli xəstəlikləri, tüklərin tökülməsi və başın tüklü hissəsinin kəpəkləməsi baş verə bilər.

Qatı seboreya zamanı piy axarlardan çətinliklə xaric olur və dəri səthində onun qalın quru təbəqəsi görünür.

Xəstənin üz, sinə və kürəyində sızanaqlar, qara nöqtələr yaranır, qatılaşmış dəri piyi hiperkeratoz nəticəsində daralmış axarlarda donub tıxac əmələ gətirir. Nəticədə piy axarları bağlanır. Yaranan piy tıxaclarını yanlardan sıxdıqda oradan bir ucu qara sapvari yağlı kütlə xaric olunur.

Bəzi xəstələrdə seboreyanın qarışıq formasına rast gəlinir, orqanizmin bir nöqtəsində quru, başqa bir nahiyəsində isə duru seboreya əlamətləri ola bilər”.

Həkim-dermatoloq müalicə qaydaları barədə deyib: "Həmin xəstələr ilk növbədə ətraflı müayinədən keçirilməlidir. Onlarda hansısa daxili və yaxud digər xroniki problemin, endokrin pozuntunun, cinsi orqanların xəstəliklərinin, mədə və qaraciyər patologiyalarının olub-olmaması araşdırılır. Müalicə zamanı isə qıcıqlandırıcı və kəskin qidalara, spirtli, qazlı içkilərə qadağa qoyulur. Xəstəyə vitamin kompleksi, hepatoprotektor, desensibilizəedici, lazım gələrsə antibiotik və göbələk əleyhinə müalicə təyin olunur. Saçlar bitki tərkibli, göbələk əleyhinə, vitamin kompleksli şampunlarla yuyulmalıdır. Yuxu və istirahətə xüsusi diqqətlə yanaşmaq, idmanla məşğul olmaq və təmiz havada gəzmək lazımdır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163