• çərşənbə axşamı, 19 mart, 14:04
  • Baku Bakı 8°C

Сəbhə bölgəsində yerləşən hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır

27.05.17 19:00 1062
Сəbhə bölgəsində yerləşən hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır
Silahlı Qüvvələrin 2017-ci ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.
APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.
Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.
banner

Oxşar Xəbərlər