Səbaildə evlərdən birinə quldurluq məqsədilə girməkdə şübhəli bilinən şəxs saxlanılıb

Səbaildə evlərdən birinə quldurluq məqsədilə girməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kriminal
17 Avqust 2019, 10:45 2313
Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və onun qonağı olan daha bir qadını bıçaqla hədələyərək pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyüb və hadisə yerini tərk edib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov Sabail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.