AZE | RUS | ENG |


Şöbə müdiri: “Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”

Şöbə müdiri: “Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin ƏmrullayevBakı. 11 oktyabr. REPORT.AZ/ "Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür”.

Bunu "Report”a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur: "Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda valideyn arasında əsas informasiya mənbəyidir”.

Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə sadəcə qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur: "Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılması ehtiyac var. Eyni zamanda düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”.

Şöbə müdiri qeyd edib ki, digər təklif qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir: "Məsələn, inşa yazanda neçə səhvə görə 4 və ya 5 qiymətinin verilməsinin meyarları olmalıdır. Müəllim məhz qəbul olunmuş meyarlar çərçivəsində qiymətləndirməni aparmalıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləndən sonra məzunların yazı bacarıqları təkmilləşəcək”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001