• cümə axşamı, 18 aprel, 22:04
  • Baku Bakı 21°C

“Saxtakarlıqları ifşa edənlər” kitabı aldadılan erməni xalqına xitabən

08.05.14 18:50 1312
“Saxtakarlıqları ifşa edənlər” kitabı aldadılan erməni xalqına xitabən
«Saxtakarlıqları ifşa edənlər» kitabının ikinci cildinin işıq üzü görməsi iki səbəbdən 9 may ərəfəsinə təsadüf edib. Birincisi bu tarix faşizm üzərində Qələbə Günüdür. Və bu baxımdan kitabımın bu cildində toplanmış xarici ekspertlərin erməni saxtakarlıqları ilə bağlı tezislərini həqiqətin yalan üzərində böyük qələbəsi hesab edirəm. İkincisi, erməni separatçıları 9 mayı Ermənistanın işğal etdiyi Şuşa şəhərinin «azad olunması» günü kimi bayram edir. Bu kitab isə çoxəsirlik yalanın işğalı altında olan erməni xalqının şüurunun bu əsarətdən azad olunmasına yönəlib. Ümid edirəm ki, bu kitabla Ermənistan ictimaiyyətinin gözlərinin açılmasına və həqiqəti görməsinə öz töhfəmi vermiş olaram. Yüzdən çox xarici ekspertin fikir və əsaslandırmaları onların saxtakarlıqdan real olaraq yaxa qurtarmasının yeganə yoludur». Bunu mətbuata açıqlamaında «Saxtakarlıqları ifşa edənlər» kitabının müəllifi Fuad Axundov bəyan edib.
Qeyd edək ki, «Saxtakarlıqları ifşa edənlər» çoxcildliyi xarici ekspertlərin erməni saxtakarlıqlarına qarşı tezislərini özündə birləşdirən bir vahid platforma kimi nəzərdə tutub. Kitabın birinci cildi 2012-ci ilin may ayında işıq üzü görüb və geniş oxucu kütləsinin marağına səbəb olub. Əcnəbi auditoriya tərəfindən kitaba böyük ictimai sifariş qeydə alınıb. Və artıq kitabın ilk cildi rus dili ilə yanaşı ingilis dilində də işıq üzü görüb.
İkinci cilddə ABŞ, Avropa ölkələri, Kanada, Rusiya, Gürcüstan, Türkiyə və İrandan olan 150 alim, yazıçı, politoloq, ictimai xadim, sərkərdə, din xadimi, jurnalist və başqa ekspertlərin tezisləri toplanıb. Bu sırada hətta Britaniya kəşfiyyatına xidmət edən qatı ermənipərəstlərin də adları var ki, onlar da hər şeyə rəğmən erməni çetniklərinin türklərə qarşı törətdiklərinə obyektiv qiymət verməyə bilməyiblər.
Kitabın unikallığı ondadır ki, burada saxtakarlıqları ifşa edənlər qismində inqilabdan əvvəlki, sovet və postsovet dövrünün erməni alimləri də çıxış edir. Əgər birinci cilddə 10 erməni eksperti təqdim olunurdusa, ikinci cildə artıq erməni millətindən olan 50 nəfərin tezisləri daxil edilib. Onlardan 40 nəfəri Ermənistan, 6-sı Rusiya, 4-ü isə ABŞ alimidir.
«Saxtakarlıqları ifşa edənlər» kitabının ikinci cildi indiyədək erməni yalanlarına qarşı nəşr edilmiş bir çox başqa kitablardan onunla fərqlənir ki, bu kitaba əlavə olaraq keyfiyyətcə yeni informasiya məhsulu da daxil edilib. Bu, «Ermənilərin Cənubi Qafqaza köçürülməsindən əvvəl və sonra baş verənlərin həqiqi xronikası»dır. Burada XV əsrdən XX əsrədək baş vermiş hadisələr sxematik və lakonik şəkildə təsvir edilib.
Buraya erməni kilsəsinin taxtının Kilikiyadan Cənubi Qafqaza köçürülməsi, erməni məliklərinin Qarabağda peydə olması, XVII-XVIII əsrlərdə Rusi və Avropadakı erməni ekspensionizmi, XVIII əsrdə ermənilərin Rusiya tərəfindən tutulmuş Cənubi Qafqazın xəzəryanı ərazilərinə köçürülməsinin birinci mərhələsi, onların XIX əsrdə İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarına kütləvi köçürülməsi, XIX və XX əsrlərdə Rusiya dövlətçiliyinə qarşı yönəlmiş erməni terroru, Ermənistanda azərbaycanlıların etnik təmizləmələri, Azərbaycan torpaqlarında Ermənistanın yaradılması, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası, Marağa-150, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, Ermənistanda azərbaycanlılara qarşı soyqırımının üçüncü dalğası və s. hadisələr daxildir.
Kitabda toplanmış materiallar əmin edir ki, erməni saxtakarlıqları yalnız və yalnız başqalarının ərazilərini qəsb etmək və bu ərazi iddialarını əsaslandırmaq məqsədilə edilib. Məhz bu səbəbdən erməni kitabyazanları XVIII əsrin əvvəlindən ilkin mənbələri saxtalaşdırıb, tarixi yenidən yazıb, alban alimlərinin əsərlərini saxtalaşdırıb, alban kilsələrini ermənilərinki elan ediblər. Fuad Axundovun bir müəllif kimi məqsədi odur ki, kitabda təqdim olunan faktlar xarici ictimaiyyətə və erməni xalqının sülhpərvər hissəsinə total yalandan baş çıxarmağa kömək etsin. O yalanın ki, «qədim erməni tarixi» adı altında əsrlərlə uydurulub.
«AZER-GLOBE» İctimai-Siyasi Araşdırmalar İnstitutunun yanında Qafqaz Tarixi Mərkəzi
banner

Oxşar Xəbərlər