• cümə, 19 Aprel, 17:09
  • Baku Bakı 25°C

Saxta vəsiqəyə görə 48 min avro cərimə

27.11.18 11:35 597
Saxta vəsiqəyə görə 48 min avro cərimə
"Barselona”nın futbolçusu Jerard Pike cərimə edilib.
Kaspi.az xəbər verir ki, Pike saxta sürücülük vəsiqəsindən istifadə etdiyi üçün məhkəməyə verilmişdi. Polis onu bu ilin 31 avqustunda saxlamışdı.
Yoxlanış zamanı məlum olub ki, dəfələrlə qaydaları pozduğu üçün Pikenin sürücülük vəsiqəsindən bütün ballar silinib. Buna baxmayaraq, futbolçu avtomobili idarə edirmiş.
Məhkəmənin qərarı ilə 48 min avro cərimə olunan Pike yeni sürücülük vəsiqəsi almaq üçün kursa yazılmalı olacaq.
banner

Oxşar Xəbərlər