• cümə axşamı, 18 aprel, 20:57
  • Baku Bakı 21°C

Savçenko vətəninə çatdı

25.05.16 17:16 1088
Savçenko vətəninə çatdı
"Mənə pislik arzulayanlara təşəkkür etmək istəyirəm. Çünki sizin acığınıza sağ qala bildim. Eyni ilə mənə yaxşılıq arzu edənlərə, minnətdaram, çünki sizə görə sağ qaldım. Biganə qalanlara da təşəkkür edirəm ki, mənə maneçilik törətmədiniz”.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Borispol aeroportunda Nadejda Savçenko deyib.

O həmçinin Donbasda hərbi əməliyyatlar zamanı həlak olanların valideynlərindən üzrhaqlıq edib: "Onların övladları qayıtmadılar, mən isə sağ qaldım. Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram. Əlimdən gələni edəcəyəm ki, məhbəsdə olan hər kəs azadlığa çıxsın”.
banner

Oxşar Xəbərlər