• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

Savalanda Azərbaycan bayrağı

21.07.14 15:53 2437
Savalanda Azərbaycan bayrağı
“Murov” Ekstremal İdman Klubunun idmançıları dövlətçiliyin möhkəmləndirilməsi və vətənpərvərliyin təbliği məqsədilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində 5-12 iyul 2014-cü il tarixlərində Bakı-Savalan (4811m) - Dəmavənd (5671m) marşurutu üzrə 8 günlük dağ-zirvə yürüşünü uğurla başa vurub vətənə qayıdıblar. Yürüşdə məqsəd Azərbaycanın yaşadığı problemlər və nailiyyətlərin canlı təmasla təbliği və bu zirvə marşrutlarının öyrənilməsi, gələcək layihələrin həyata keçirilməsi üçün təcrübə əldə etməkdir. Belə ki, klubun rəhbəri Emil Vəliyevin verdiyi məlumata görə, klubun təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində Böyük Qafqazda yerləşən Kazbek və Elbrus, Türkiyədə isə Ağrı Dağ zirvə yürüşlərinin təşkili də nəzərdə tutulur.
E.Vəliyevin sözlərinə görə, “Murov” Ekstremal İdman Klubunun idmançıları səfər və yürüşlər zamanı təmsil etdikləri klubun bayrağı ilə yanaşı, Azərbaycanda dövlətçiliyin gücləndirilməsi istiqamətində gördüyü işlərə görə və xalqa qüsursuz xidmətlərini dəyərləndirərək “ASAN xidmət” mərkəzinin bayrağını da bütün zirvə yürüşündə olduğu kimi Savalan və Dəmavənd yürüşlərində də dalğalandırıblar.
Savalan və Dəmavənd zirvə yürüşlərində missiyanı “Murov” Ekstremal İdman Klubunun fəal üzvlərindən ATU Onkologiya kafedrasının müəllimi, cərrah-uroloq Vasif İsmayıl, eləcə də, klubun rəhbəri Emil Vəliyev, klub İdarə Heyətinin üzvləri Xəyyam Əsgərov və Rusif Bağırov həyata keçiriblər.

banner

Oxşar Xəbərlər