• çərşənbə, 17 Aprel, 01:52
  • Baku Bakı 14°C

Savalan Mirzoyev: “Dmanisidə vəziyyət polisin tam nəzarətindədir”

18.05.21 11:30 531
Savalan Mirzoyev: “Dmanisidə vəziyyət polisin tam nəzarətindədir”
"Dmanisidə gərginlik tam aradan qalxıb və vəziyyət Gürcüstan Daxili İşlər Nazirliyinin tam nəzarəti altındadır”.
BunuAPA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzoyev deyib. O bildirib ki, Dmanisinin bütün kəndlərində, həmçinin şəhər mərkəzində vəziyyəti tam olaraq polisin nəzarətindədir: "Bildiyiniz kimi münaqişədə iştirak edən tərəflər arasında barışıq oldu. İştirakçılara qarşı cinayət işi başladılıb. Daxili İşlər Nazirliyi lazım olan tədbirləri gördü. Tam deyə bilərəm ki, hazırda heç bir münaqişə yoxdur, sakitlikdir. Əlavə polis əməkdaşları cəlb olundu ki, hansısa bir qarşıdurma olarsa, tez bir zamanda müdaxilə olunsun. Artıq gərginlik aradan qaldırılıb. Bir daha o cür hadisələr baş verməsin deyə lazım olan tədbirlər də görüləcək”.
banner

Oxşar Xəbərlər