• çərşənbə axşamı, 16 aprel, 20:11
  • Baku Bakı 18°C

“Satqın” topa bir dəfə də toxuna bilmədi

03.04.17 11:38 837
“Satqın” topa bir dəfə də toxuna bilmədi
İtaliya çempionatının 30-cu turunda keçirilən "Napoli” - Yuventus” görüşü Qonsalo İquainə görə də diqqət mərkəzində olub.
Kaspi.az xəbər verir ki, İquain "Yuventus”a keçdikdən sonra ilk dəfə Neapolda meydana çıxıb. Neapollu azarkeşlərin "satqın”ın necə qarşılayacağı maraq doğururdu.
90 dəqiqə meydanda olan İquain heç nə ilə yadda qalmayıb. O, oyun ərzində "Napoli”nin cərimə meydançasında bir dəfə də olsun topa toxuna bilməyib.
İquain cəmisi bir dəfə qapıya doğru zərbə endirib ki, onu da müdafiəçilər zərərsizləşdiriblər. Argentinalı futbolçu ötən ilin yayında 90 milyon avro qarşılığında "Yuventus”a keçdikdən sonra neapollu azarkeşlər onu "satqın” elan ediblər.
banner

Oxşar Xəbərlər