• cümə, 29 Mart, 15:46
  • Baku Bakı 14°C

Satışda olan məktəbli formalarının keyfiyyəti araşdırılır

31.07.15 16:09 1354
Satışda olan məktəbli formalarının keyfiyyəti araşdırılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqlərə başlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır.
Qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.
Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.
Hazırda respublikada 2 müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.
banner

Oxşar Xəbərlər