• cümə axşamı, 28 mart, 23:38
  • Baku Bakı 13°C

Sarkozi Qətərə görə Platiniyə təzyiq edib

30.07.18 11:25 520
Sarkozi Qətərə görə Platiniyə təzyiq edib
FİFA-nın sabiq prezidenti Jozef Blatter DÇ-2022-nin təşkilatçılıq hüququnun Qətərə verilməsi prosesindən danışıb.
Kaspi.az xəbər verir ki, Blatter bu məsələdə Fransanın sabiq prezidenti Nikola Sarkozinin böyük canfəşanlıq etdiyini deyib. O, bildirib ki, Sarkozi təşkilatçılıq hüququnun Qətərə verilməsi üçün UEFA-nın sabiq prezidenti Mişel Platiniyə böyük təzyiq göstərib. O, "tvitter”də belə yazıb:
"Pis xəbərlər. Qətər digər namizədlərə şər atmaqda ittiham olunur. Ancaq fakt odur ki, Qətər Fransanın sabiq prezidenti Nikola Sarkozinin Mişel Platiniyə göstərdiyi siyasi təzyiq nəticəsində qalib gəldi. Daha çox məlumat isə mənim "Mənim həqiqətim” kitabının 10-cu bölümündə”.
Blatter korrupsiyada ittiham olunaraq, 2015-ci ildə FİFA prezidenti postundan uzaqlaşdırılıb.
banner

Oxşar Xəbərlər