AZE | RUS | ENG |

Sarkisyana qarşı etirazlar pik həddə

Sarkisyana qarşı etirazlar pik həddə
O, xahişlə xalqa müraciət etdi, vaxt istədi

Serj Sarkisyanın baş nazir vəzifəsini ələ keçirməsinə qarşı etirazlar səngimir. 2008-ci ilin martında olduğu kimi, Sarkisyan bu dəfə də hakimiyyətə qan tökərək gəlməkdən çəkinmir. Ona qarşı təşkil edilən etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində, 100-dək insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Təkcə dünən polisin tutduğu etiraz aksiyası iştirakçılarının sayı 100-ə çatıb. Erməni KİV-i xəbər verir ki, bunu Ermənistan polisinin mətbuat xidmətinin əməkdaşı Edqar Canoyan deyib. Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab” komitəsi yaradıb. Baqramyan küçəsində Serj Sarkisyanın iqamətgahı mühasirəyə alınıb. Paşinyan iqamətgahın blokadasının başladığını rəsmən elan edib: "Sarkisyan əmr verib ki, tikanlı məftillər və polislər iqamətgah qarşısındakı küçədən yığışdırılsın. Mən Respublika meydanında bəyan etdim ki, Sarkisyan Ermənistana tikanlı məftillər arxasından baxacaq. Serj Sarkisyan, sən dünyaya polis kordonu və tikanlı məftillər arxasından baxacaqsan. Biz gəldik ki, bu rəsmi bərpa edək. Əgər bunu ortadan qaldırsanız, biz qayıdıb, yenə bərpa edəcəyik”. Çıxışı zamanı Paşinyan erməni diasporunun tanınmış nümayəndələri Şarl Aznavur və "System of a Down” (SOAD) qrupunun rəhbəri Serj Tankyanı Yerevana dəvət edib. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts Serj Sarkisyana qarşı cinayət işinin açılması ilə bağlı ölkənin baş prokuroruna və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib. 
Etirazçılar dünən Qaregin Njde meydanına gəliblər. Onlara avtomobil sürücüləri dəstək veriblər. Etirazçılar Serj Sarkisyanın, üstünə qara lent bağlanmış portretini də qaldırıblar. Sarkisyanın portreti etirazçılar tərəfindən tərsinə tutulmuş vəziyyətdə daşınıb.
Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalist xəsarət alıb. Başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib. 
Bəs baş verənləri necə qiymətləndirmək olar? Sözsüz ki, aksiyaçılar tərəfindən hökumət binalarının, əsas magistral yolların bloklanması, aparıcı kütləvi informasiya vasitələrinin ələ keçirilməsi kimi hadisələri dövlət çevrilişinə cəhd və ya dinc inqilab kimi qiymətləndirilməlidir. Belə ki, aksiyaları təşkil edən Paşinyan özü də demişdi ki, burada "məxməri” inqilab baş verir və hədəfləri hakimiyyəti ələ keçirməkdir. Ölkədə siyasi hadisələr, xüsusilə hakimiyyətin mənimsənilməsi baş verdiyinə və Konstitusiyanın tələbləri pozulduğuna görə, Paşinyanın rəhbərliyi ilə xalq etiraza qalxıb. O da qeyd edilir ki, Ermənistanda baş verənlərlə Maydan hadisələri arasında oxşarlıq çoxdur. Eyni zamanda, bu hadisələrin Qərbdən dəstək alması, KİV-də aksiyaların işıqlandırılması göstərir ki, Ermənistandakı vəziyyətin dəyişdirilməsini istəyən nüfuzlu qüvvələr var. Bu da Ukraynada gedən proseslərlə oxşarlıqdan xəbər verir.
Baş verənlərə Rusiyanın münasibətinə gəlincə, prezident Putinin təbriki rus elitasının Sərkisyana siyasi dəstəyi deməkdir. Burada açıq-aşkar Rusiya siyasi elitası kimin tərəfində olduğunu göstərir.
Sarkisyana digər ölkələrdən təbrik gəlməməsinin səbəbi bu ölkələrin rəhbərlərinin Ermənistandakı hadisələrin necə inkişaf etməsini gözləməsi ilə əlaqəlidir.
Yeri gəlmişkən, Sarkisyan müxalifətin aksiyasına münasibət bildirib və bunun Ermənistanın inkişafına pozitiv təsir etmədiyini iddia edib. "İnsanların toplaşma azadlığını məqbul qiymətləndiririk. Lakin nə vaxt onlar paytaxt küçələrini bağlayaraq, hərəkətə mane olurlarsa və böyük tıxaclar yaradırlarsa, bu inkişafın qarşısını almaqdır”, - deyə o bildirib. Sarkisyan iddia edib ki, mitinqlər turistlərin ölkəyə gəlməsinə də mane olur: "2017-ci il ölkədə sakit il oldu və turistlərin gəlişindən iqtisadiyyat qazanc əldə etdi”. Ermənistanın baş naziri həmçinin, xalqdan vaxt istəyib.
"Bizə bir neçə il lazımdır. Cəmi bir neçə il imkan verilsə, əhali inkişafı öz həyatlarında hiss edəcək”, - deyə o xahiş edib. "Qarabağ” komitəsinin üzvü, sonradan daxili işlər naziri və prezidentin milli təhlükəsizlik müşaviri postlarını tutmuş Aşot Manuçaryan isə Sarkisyanı "axırıncı fahişə” ilə müqayisə edib. Manuçaryan bu haqda "1in.am” portalına Ermənistanda Sarkisyanın baş nazir olmasına etiraz olaraq günlərdir davam edən hərəkatla bağlı müsahibəsində danışıb. "İndi gənclər də ayağa qalxıb və dərk etməyə çalışır ki, öz ölkəsinin sahibi olmaq nə deməkdir. Onlar yanıla, nəsə səhvə yola verə bilərlər-mən gəncləri günahlandırmıram. Mən artıq "müdrik dayıların” şərhlərini görmüşəm-onlar gənclərin beyinlərini yumağa çalışırlar. Həmin "müdriklərə” müraciət edirəm-sizin işiniz ancaq bu hakimiyyətdən pul almaqdır?” - Manuçaryan deyib.
"Həmin gənc adamların atalarını soyurlar və xaricə göndərirlər ki, uşaqlarını saxlamaq üçün işləsinlər. Siz isə bu pulları yeyib səs çıxarmadan sakitcə oturacaqsınız?”-erməni ictimai xadim hiddətlənib. Aşot Manuçaryan daha sonra bunları deyib: "Serj Sarkisyan adında adam daha yoxdur. Belə adam Ermənistanda var idi-o, xalqla müqavilə bağladı. Dedi bu Konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən isə hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm-bizdə verdiyin vədi pozdunsa, yalançı cinayətkara, satqına çevrilirsən. Bu status isə erməni dünyasında axırıncı fahişənin statusundan da aşağıdır”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000