AZE | RUS | ENG |

Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrinin ifşası

Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrinin ifşası
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın daxili və xarici siyasətini dəqiq xarakterizə edən yeni faktlar, fikir və təhlillərlə tanış olduq.
Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu ənənəvi iclasların əsas dəyəri ilboyu aparılan siyasətin bütün siyasi, iqtisadi, sosial və beynəlxalq nəticələri barədə ilk növbədə cəmiyyətimizin təsəvvürlərini daha da konkretləşdirməkdən ibarətdir: "Eyni zamanda, Azərbaycandakı prosesləri müxtəlif motivlər və maraqlarla izləyən beynəlxalq dairələri konkret bilgilərlə təmin etmək baxımından əhəmiyyətlidir. İctimai-siyasi sabitliyin və təhlükəsizliyin dinamik olaraq möhkəmləndirildiyi şəraitdə Azərbaycan əhalisinin rifahının və iqtisadiyyatın da güclənməsi barədə Prezident İlham Əliyevin fikri çoxsaylı mesajlar vermək gücündədir. Dünya və cəmiyyətimiz bu gün Azərbaycan liderinin apardığı siyasətin sütununu təşkil edən belə bir dəqiq və aydın mesajı ala bildi – daxili ictimai-siyasi sabitliyin və təhlükəsizliyin təmin edilməsi sosial-iqtisadi sahədə konkret nəticələrin və Daglıq Qarabağ münaqişəsinin həllinə möhkəm baza yaratmağın həlledici şərtidir".
Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi nəticələri dəyərləndirərkən Prezident İlham Əliyevin göstərdiyi arqumentləri əsasən üç istiqamətdə şərti olaraq konkretləşdirmək olar: "Ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, Azərbaycanla əməkdaşlığa meyilli olkələrin sayının çoxalması və qonşu olkələrlə münasibətlərin daha da dərinləşməsi. Bunların hər biri haqqında ayrıca müzakirələr açılacağı halda ölkənin ötən il necə məhsuldar diplomatiya apardığına bir daha əmin olmaq olar".
A.Quliyev bildirib ki, eyni sözləri iqtisadi-sosial sektoru xarakterizə edən məlumatlar barədə də söyləmək olar: "Qeyri-neft sektorunda, sənayedə, kənd təsərrüfatında, ixracatda, valyuta ehtiyatlarının həcmində və sair sahələrdə böyük artım barədə Prezident İlham Əliyevin dediklərinin hər biri mütəxəssislər, elm adamları və dövlət məmurları üçün geniş materiallarıdır. Cəmiyyətimiz inkişaf yolunun dəyişməzliyi və növbəti illərdə də davam etdiriləcəyinə bir daha əmin edildi. Bu, mövcud siyasətin xalq tərəfindən daha dərin başa düşülməsi və daha fəal dəstəklənməsi üçün çox güclü motiv mənbəyidir. Prezident bu məsələdə də tam haqlı və dəqiqdir ki, ötən il həyata keçirilmiş layihələr dövlətimizin həm gücünü artırdı, həm də nələrə qadir olduğunu əyani göstərdi. Müşavirə Azərbaycanın bütün dövlət idarə və təşkilatlarını özlərinin bir illik fəaliyyətlərinə yenidən baxmağa yönləndirdi. Bu nöqteyi-nəzərdən dövlət başçısının gömrük və vergi sahəsində islahatların nəticələrini ayrıca qeyd etməsini nümunə göstərmək olar. Prezident ölkənin daxili həyatının bütün sahələrində gedən müsbət və ya neqativ təzahürləri diqqətlə izlədiyini, gərəkli hallarda müdaxilələr etdiyini bir daha nümayiş etdirdi".
Ekspert vurğulayıb ki, 2018-ci ildə əldə olunmuş nəticələrin rəqəmlər və mühakimələr formasında nəzərdən keçirilməsi işlərin 2019-cu ildə də artan templə davam etdiriləcəyi barədə Prezident İlham Əliyevin fikirlərinə möhkəm ictimai inam yaradır: "Bir neçə aydan sonra təsdiqlənəcək ki, bir çox uğurların fundamenti həqiqətən 2018-ci ildə qoyulmuşdu. Bu baxımdan Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərinə xüsusi diqqət yetirmək lazım gəlir. Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını bir daha bəyan edən dövlət başçısı 2018-ci ildəki hərbi uğurları və 11 min hektar ərazimizin işğaldan azad edilməsini təsadüfən xatırlatmadı. Bu, birmənalı olaraq o deməkdir ki, Ermənistan həqiqi sulh danışıqları masasına oturmasa və münaqişənin həlli prosesinə aqressiv yanaşmanı köklü şəkildə dəyişməsə, Azərbaycan öz ərazilərini güc yolu ilə hissə-hissə azad etmək planlarını 2019-cu ildə də tərəddüdsüz davam etdirəcək".
Baş redaktor deyib ki, Nazirlər Kabinetinin budəfəki iclasının mühüm tarixi əhəmiyyətindən biri də Ermənistanda 20 ildən çox müddət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyyəti mənimsəmiş xunta rejiminin müəyyən beynəlxalq qurumlarla rüşvət və korrupsiyaya söykənən cinayət əlaqələrinin ifşa edilməsi oldu: "Koçaryan-Sarkisyan qrupu hər dəfə seçkiləri saxtalaşdıranda bunu "demokratiya yolunda irəliyə mühüm addım kimi" alqışlarla qarşılayan beynəlxalq təşkilatların təmsilçiləri bu ağır məsuliyyətin altına aldıqları böyük məbləğlərdə rüşvətlərin hesabına girirdilər. Azərbaycan Prezidenti bu cinayətlərin araşdırılmasına çağırış etməklə əslində dünya demokratiyasına qarşı yaxın tarixdə həyata keçirilmiş böyük bir qəsdin üstünü açdı. Dövlət başçısı bununla həm də Dağlıq Qarabağ uğrunda ədalətli mübarizə tariximizdə yeni məzmunlu istiqamətin əsasını qoydu. Sübut etdi ki, Ermənistan hakimiyyəti tək Azərbaycan xalqına yox, həm də dünya demokratiyasına qarşı cinayət törədib".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311