AZE | RUS | ENG |

Sarkisyan rejiminin başı üstündəki Domokl qılıncı

Sarkisyan rejiminin başı üstündəki Domokl qılıncı
Ermənistan müxalifəti 1 mart qətliamına görə hakimiyyətdən əl çəkmir

"Əriklər ölkəsi” partiyasının Yerevan Ağsaqqallar Şurasındakı fraksiyası paytaxtın mərkəzi rayonunda 2008-ci il 1 mart hadisələri zamanı gülləbaran edilən insanların xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib. Bu məqsədlə mərkəzdə abidə ucaldılması təklif edilib. Bu məsələ martın 19-da Ağsaqqallar Şurasının iclasında müzakirəyə çıxarılacaq. Təbii ki, dövlət bu təşəbbüsün reallaşmasına maliyyə ayırmayacaq, çünki məhz indiki hakimiyyət həmin qətliamın təşkilatçısıdır. Bu səbəbdən də layihə və inşa işlərinin maliyyələşdirilməsi məsələlərinin ictimaiyyətin köməyi, eləcə də, ianələr vasitəsilə toplanması qərara alınıb. İnşaat işlərinin həyata keçirilməsi üçün tender elan edilməsi də nəzərdə tutulur. Görəsən, faşist əlaltısı olan daşnak generalı Njdeyə abidə ucaldan hakimiyyət özünün qanını tökdüyü insanların xatirəsinə abidə ucaldılmasına necə reaksiya verəcək?
Mart qətliamından söz düşmüşkən, bəlli olduğu kimi, Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdədir. "1in.am” agentliyində dərc olunan "İlbəil, saatbasaat geriləmə - Ermənistan növbəti "Minilliyin çağırışı” proqramının benefisiarı ola bilməz” başlıqlı məqalədə qeyd edilir ki, nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı nümayəndə heyəti "Minilliyin çağırışları” korporasiyası ilə Ermənistanla əməkdaşlıq perspektivlərini, eləcə də, erməni-ABŞ münasibətlərinin gündəliyindəki məsələləri müzakirə ediblər. Ermənistan əvvəllər "Minilliyin çağırışları” korporasiyasının iştirakçısı sırasında idi. Lakin 2008-ci il mart qətliamından sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi (ANCA) proqramın bərpası istiqamətində fəallıq göstərirlər. Məqsəd də odur ki, "Minilliyin çağırışları” korporasiyası Ermənistan məktəblərində, elm, texnologiyalar, mühəndislik və riyaziyyat sahəsində qrant proqramları həyata keçirsin. Lakin Ermənistandakı hüquq müdafiəçisi Vardan Arutunyan agentliyə açıqlamasında bu proqramın bərpasını mümkünsüz sayır və fikrinin də belə əsaslandırır: "2008-ci ildə bu proqram Ermənistanda demokratiya olmaması səbəbindən dayandırılıb. O vaxtdan bəri də ilbəil, günbəgün, saatbasat bu sahədə vəziyyət geriləyir. Hər hansı bir irəliləyiş qeydə alınmayıb. Erməni xalqı, ölkədə yaşayan insanlar, beynəlxalq ictimaiyyət də mənfi dinamika və reqressin olduğunu deyə bilərlər. Mən inanmıram ki, yenidən bu proqramın reallaşmasına qayıda bilək”.
Hüquq-müdafiəçisi, Helsinki Vətəndaş Asambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə Ermənistan nümayəndə heyətinin səfərinə daha geniş kontekstdən nəzər salır: "Mən bunu Serj Sarkisyanın hakimiyyətini qorunub saxlamaq istiqamətindəki növbəti addımı hesab edirəm. O, göstərmək istəyir ki, ölkədə mövcud olan ciddi problemlərə, xüsusən də onun hakimiyyəti öz əlində cəmləşdirmək istəyinə baxmayaraq, ciddi islahatlar aparmaq niyyətindədir. Bildirmək istəyir ki, baxın, mən baş nazir olmaq istəsəm də, gündəlikdə islahatlardır. Mən bunu siyasi oyunbazlıq hesab edirəm”. O ki qaldı yenidən "Minilliyin çağırışı” proqramının iştirakçısı olmağa, Artur Sakunts bildirib ki, "bu günlərdə Ermənistan parlamentində 1 mart hadisələri gündəmə gətirilib. İndiyə qədər dövlət terrorizmi həyata keçirən insanlara qarşı cinayət işi açılmayıb. Dövlət və hakimiyyət resurslarından irimiqyaslı və kütləvi şəkildə müxalifətə qarşı istifadə edilməsinə hər hansı bir hüquqi qiymət verilməyib. Heç bir hüquqi şəxs bu cinayətə görə məsuliyyətə cəlb edilməyib. Mənə təəccüblü gələn bilirsiniz nədir? ABŞ-da olan bu deputatlar qarşı tərəfə bu məsələ ilə bağlı nə deyəcəklər? Mart hadisələrinə görə ölkəmizin xaric olduğu bu proqramın bərpası ilə bağlı nə ediblər ki, indi onun bərpasını istəyirlər?” Onun sözlərinə görə, 1 martda dövlət terrorunun yaşandığı barədə hər hansı bir qiymətləndirmə mövcud deyil: "Siyasi məhbuslar hələ də var, iqtisadi monopoliya əsas problemlərdən biridir. Növbəti məsələ ABŞ səfirinin səsləndirdiyi korrupsiyaya qarşı qeyri-effektiv mübarizə, teleşirkətlərdə rəngarəngliyin olmamasıdır. Həllini tapmayan kompleks problemlər şəraitində danışmaq absurddur. Bu baxımdan, Ermənistanın növbəti dəfə proqrama salınacağına ümid etmək məntiqə uyğun deyil. Hesab edirəm ki, nümayəndə heyəti özündə məntiq və düşüncə tapacaq ki, bu məsələni qaldırmasın”, - deyə o, fikrini tamamlayıb.
Parlamentdə də mart hadisələri ilə bağlı dinləmələr baş tutub. Dinləmələrin təşəbbüskarı müxalifətçi deputat Nikol Paşinyan olub. Əsas tənqid hədəfi də eks-prezident Robert Köçəyran olub. Eks-prezidentin ofisindən Viktor Soqomonyan Köçəryanın baş prokurorluqda ifadə verməsi barədə səslənən ittihamlara cavab verib. Bildirib ki, "həmin hadisələrin əsas təşkilatçılarından olan "təxribatçı” şəxs parlamentdə "1 mart” hadisələri ilə bağlı sədrin kürsüsündə oturub, dinləmələr keçirib. "Radio Azatyunyun”un "Köçəryanın baş prokurorluqda dindirilməyə çağırılması ilə bağlı Paşinyan iddia qaldırıb” sualını cavablandıran Soqomonyan bildirib ki, onları belə məsələlər maraqlandırmır.
Belə görünür ki, mart hadisələri hələ uzun müddət hərbi xuntanın başı üstündə Domokl qılıncı kimi qalacaq.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176