• cümə, 19 Aprel, 20:16
  • Baku Bakı 24°C

Sarkisyan müxalifət liderini Milli Təhlükəsizlik Şurasından kənarlaşdırdı

13.02.15 05:16 1004
Sarkisyan müxalifət liderini Milli Təhlükəsizlik Şurasından kənarlaşdırdı
Ermənistan prezidenti Serj Sarkisyan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, qərar Tsarukyanın şuranın iclaslarında mütəmadi olaraq iştirak etməməsi ilə əsaslandırılıb.
“Bu (Milli Təhlükəsizlik Şurası) kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”, deyə Sarqsyan Respublika partiyası şurasının iclasında bildirib.
Onun sözlərinə görə, parlamentin 2013-2014-cü illərdə keçirilmiş 145 iclasında Tsarukyan yalnız 4-də iştirak edib. Prezident həmçinin baş nazirə Tsarukyanın vergidən yayınma barədə yayılan xəbərləri yoxlamağa dair göstəriş verib.
Qeyd edək ki, Qaqik Tsarukyan ötən həftə ictimai qüvvələrin konfransında hakimiyyəti kəskin tənqid atəşinə tutaraq növbəti seçkilərdə yeni rəhbərliyin seçilməsinin zəruriliyini qeyd etmişdi.
banner

Oxşar Xəbərlər