• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

“Sarkisyan hansı ölkə barəsində danışır?”

01.12.17 09:00 2484
“Sarkisyan hansı ölkə barəsində danışır?”
Ermənistan prezidenti Serj Sarkisyan növbəti sərsəmləməsi ilə yenidən ölkə ictimaiyyətinin, media, qeyri-hökumət təşkilatları və müxalifətin lağlağı obyektinə çevrilib. Hərbi xuntanın rəhbəri utanmaz formada bəyan edib ki, aprel ayında parlament seçkiləri demokratik standartlara uyğun formada keçirilib. Eləcə də, ölkə korrupsiyaya qarşı mübarizədə effektli nəticələr əldə edib. Xüsusi İstintaq Xidməti əməkdaşları ilə görüşən prezident onların fəaliyyətini yüksək qiymətləndirib. Xüsusən də istintaq orqanının seçkilər zamanı yol verilən qanun pozuntularının araşdırılmasındakı fəaliyyətini yüksək qiymətləndirib. "Mən Xüsusi İstintaq Xidmətinin bu cəbhədəki fəaliyyətini effektiv hesab edirəm. Siz göstərdiniz ki, istənilən narahatçılığa reaksiya verməyə qadirsiniz. Siz nəinki reaksiya verdiniz, həm də başladılan cinayət işlərini məntiqi sonluğa çatdırmağa imkan tapdınız”, - deyə Sarkisyan bəyan edib.
Dərhal da Sarkisyanın bu gülünc açıqlamalarına erməni müxalifəti və vətəndaş cəmiyyəti təşkilatlarından reaksiya daxil olub. "Serj Sarkisyan hansı ölkə haqqında danışır”, - deyə "Transparensi interneşnl” antikorrupsiya mərkəzinin proqram rəhbəri Varujan Oktanyan Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına münasibət bildirərkən bəyan edib. "Mən bilmirəm, belə bir şeyin şahidi olmamışam. Görəsən Sarkisyan hansı ölkəni nəzərdə tutub danışıb? Onların keçirdiyi seçki yox, imitasiya idi. Bununla bildirmək istəyirlər ki, bizdə demokratik qaydalara uyğun seçki keçirilib. Əksinə, ölkə növbəti seçki saxtakarlığının şahidi oldu”, - deyə erməni eksperti vurğulayıb. "Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü, rəsmi məlumatlara görə, seçkilərdə 2 faiz səs toplayan "İrs” partiyasının sədr müavini Armen Martirosyan isə Sarkisyanın diqqətinə "SAS Grup”un qalmaqallı audio yazısı ilə bağlı başlanılan cinayət işinə son qoyulmasını xatırladıb. Bundan əlavə, məktəb və bağça müdirlərinin səs yazıları və hərəkətləri ilə bağlı qaldırılan cinayət işlərinə son qoyulmadığını xatırladıb. Onun sözlərinə görə, Sarkisyanın açıqlaması başdan-ayağa yalan üzərində qurulub. "Bunlar o qədər reallıqdan uzaqdır ki, adam söz tapa bilmir. Bir ətrafa baxın, miqrasiya, insanların həyat səviyyəsi, inflyasiya hansı həddədir”, - deyə o bildirib.
Bu arada hakimiyyət ötən gün siyasi baxışlarına görə həbs etdiyi Samvel Babayana hökm kəsib. "İrs” Partiyasının sədr müavini hesab edir ki, Babayana qarşı siyasi hökm çıxarılıb. Onun sözlərinə görə, Babayana qarşı hücumlar sonuncunun siyasi fəallığından, eləcə də, onların blokuna dəstək verməsindən sonra başlayıb.
Qeyd edək ki, tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayan barəsində 6 il müddətinə həbs qərarı çıxarılıb. Babayan "İqla” tipli zenit-raket sistemi əldə etməkdə və qeyri-qanuni yolla əldə edilmiş pulların yuyulmasında ittiham olunur. İkinci ittihama əsasən, o, Rusiyada dövriyyədən çıxarılmış və boya ilə kirlənmiş avro banknotlarını Ermənistanda "tədavülə buraxılmaq məqsədilə təmizlətməyə çalışıb”. Cinayət işi üzrə ittiham olunan daha 6 nəfər barəsində 2 il şərtidən 3 ilədək həbs cəza tədbiri seçilib. S.Babayan bu il mart ayının sonunda parlament seçkiləri kampaniyası əsnasında Ermənistanın müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi müxalif seçki blokunu dəstəklədiyi dövrdə həbs edilib. Lakin bu günədək həbsinin siyasi xarakter daşıdığı barədə heç bir söz deməyən S.Babayan özünün son sözündə bəyan edib ki, qeyri-qanuni silah əldə etmək ittihamı ilə tutulub saxlanıldığı ilk gündən hüquq-mühafizə orqanı nümayəndələri onunla "İqla” barəsində deyil, "siyasətdən söhbət ediblər”.
O, bu işin arxasında kimin dayandığı barədə məlumatlı olduğunu desə də, ad çəkməyib. Onun sözlərinə görə, tutulandan sonra onunla bir-iki dəfə siyasət haqqında söhbət edərək, nəyə görə tutulduğunu izah ediblər: "Bu mərhələdə mən buma toxunmaq istəmirəm. Lakin faktlar mövcuddur, şahid var, söhbət zamanı vəkil də olub... Utanın!”. Mən bunu özümə bəraət qazandırmaq üçün demirəm. Mən o adam deyiləm ki, sifarişin”. Bəzi Ermənistan KİV-ləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən sözügedən daşınan zenit-raket qurğusu ilə prezident S.Sarkisyanın vertolyotunun vurulmasının planlaşdırıldığını bildirmişdilər. Lakin ittihamda bu müddəa yer tapmamışdı. Yeri gəlmişkən, erməni mediası yazır ki, Sarkisyanın bəyanatı Qərbdən daha çox maliyyə almağa xidmət edə də bilər. "Böyük ehtimalla belədir, lakin tək çıxışlarla səsi əzizləmək mənasızdır. Brüssel və Vaşinqton da qəti şəkildə bildiriblər ki, boş çıxışlar yerinə konkret nəticələr gözləyirlər”, - deyə 1IN.AM saytı yazıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər