• cümə axşamı, 25 aprel, 19:50
  • Baku Bakı 21°C

Sarkisyan gürcülərə yalvarıb

20.06.14 08:36 1195
Sarkisyan gürcülərə yalvarıb
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxış yolları axtarmaqda davam edir. İşğalçı siyasəti üzündən izolə edilmiş vəziyyətə düşən Ermənistan vəziyyətdən çıxış yolları arayır. Bu dəfə onun üz tutduğu ölkə Gürcüstan olub. Serj Sarkisyan burada səsləndirdiyi ilk bəyanatında bildirib ki, Ermənistan Tbilisi-Moskva birbaşa dəmir yol xəttinin bərpasını arzulayır. Bu haqda hələlik ciddi söhbətin olmadığını deyən S.Sarkisyan Tbilisi-Suxumi-Moskva dəmir yolu xəttinin bərpasının Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. “Dəmir yolunun açılması təkcə Ermənistanla Rusiyadan asılı deyil. Ona görə də biz bu istiqamətdə səylər göstəririk” - deyə o vurğulayıb. Dövlət başçısı yalvarıcı formada, “bu, bizim üçün həyati əhəmiyyət kəsb edir” deyib.
Bundan bir qədər əvvəl Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Pata Zakerişvili bəyan edib ki, “Abxaziyadan keçib gedəcək dəmir yolunun açılması müzakirə mövzusu deyil, ola bilsin bu məsələ nə vaxtsa Rusiya və Gürcüstan arasında müzakirəyə çıxarılsın”.
Müzakirə olunan digər məsələlər iqtisadi əməkdaşlığı əhatə edib. Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib ki, iyunun 27-də Assosiativ üzvlüklə bağlı sənədə imza atmaqla Gürcüstan erməni biznesmenlərini Avropa bazarında təmsil etmələrinə yardım edə bilər. Öz növbəsində Ermənistan prezidenti erməni-gürcü münasibətlərinin ardıcıl olaraq möhkəmləndirilməsinin Ermənistanın xarici siyasətinin prioriteti olduğunu deyib. “Cənubi Qafqazda kövrək sülh və sabitlik bir çox hallarda Ermənistan və Gürcüstanın əməkdaşlığının effektivliyindən asılıdır” - deyə o bildirib. “Biz hər zaman bir-birimizə kömək etmişik. İki ölkə birlikdə güclüdür”, - deyə o, bildirib.
Burada bir məqama toxunmamaq olmur. Daima bu ölkənin ərazi bütövlüyünün pozulması və separatçı mövqedən çıxış edən ermənilər indi gürcülərlə qardaşlıqdan dəm vururlar. Cavaxetiya buna əyani misaldır. Zaman-zaman ermənilər bu ərazilərin gürcülərdən qoparmaq istiqamətində siyasət aparıb. Bu səbəbdən də onlarla erməni separatçısı həbs edilib. Lakin hakimiyyət dəyişikliyindən sonra onların hamısı qəfil azadlığa buraxılıb. Eks-prezident Mixail Saakaşvili atılan bu addımı ən böyük səhv qərar adlandıraraq, separatizm ideyalarını yayan şəxslərin azad edilməsini pisləyən bəyanatlar da səsləndirmişdi. Eləcə də münaqişə Tbilisidəki ermənilərə aid olduğu iddia edilən məbədlərlə də bağlı olmuşdu. Bu insident hətta kütləvi qarşıdurmaya da gətirib çıxarmışdı. İndi isə erməni prezident utanmadan gürcülərin qulağını dostluq və qardaşlıq bəyanatları ilə doldurur. Çünki həqiqətən də Gürcüstanda yaşayan ermənilər faktiki olaraq gürcü dövlətinə xəyanət etməklə məşğuldur. Halbuki gürcülər zaman-zaman onlara yer verərək, torpaqlarında yaşamalarına şərait yaradıb və bu gün də sosial problemlərini həll etmək üçün ayrıca dövlət proqramı hazırlayıb. Amma bütün bunlara baxmayaraq, erməni xəstəliyi özünü bütün mərhələlərdə büruzə verməkdədir. Ermənilərin kompakt yaşadığı bu ərazilərə ilk ayağını basan elə zənn edər ki, Cavaxetiya Gürcüstanın deyil, Ermənistanın əraziləridir. Bu şəhərlərdə nəinki ermənilərin Gürcüstana xəyanət etdiyi aşkar şəkildə görünür, hətta Gürcüstandan ayrı olduqlarını göstərmək üçün bütün vasitələrə əl atıblar. Məsələn, Cavaxetiyada gürcü larisi ilə alver etmək və ya dükanlardan nəsə almaq müşkül məsələdir. Orada ya rus rublu, ya da erməni dramı işləyir. Bundan başqa, dövlət müəssisələri istisna olmaqla, Cavaxetiyada heç bir yerdə gürcü dilində plakatlara və reklamlara rast gəlmək mümkün deyil. Əsasən erməni dilində yazılmış həmin plakat və reklamlardan aydın şəkildə görünür ki, ermənilər Cavaxetiyanı de-fakto Gürcüstandan ayırıblar. Bir başqa maraqlı fakt da ondan ibarətdir ki, Cavaxetiyada fəaliyyət göstərən QHT-lər də altdan-altdan Gürcüstandan ayrılmağın təbliğatını aparmaqdadırlar. Cavaxetiya xəyanətinin nə ilə başa çatacağı barədə mülahizələr irəli sürən gürcü ekspertləri isə hesab edirlər ki, ermənilər Gürcüstanın içində «İkinci Qarabağ» yaratmaqda israrlıdırlar. Onlar hesab edirlər ki, Ermənistan və Rusiyanın dəstəyini alan ermənilər əlverişli məqam yaranacağı təqdirdə, hətta silahlı mübarizəyə belə başlayacaqlar.
Qayıdaq Sarksiyanın səfərinə. Gürcü siyasi dairələrində bu səfərə istehza ilə yanaşanlar da olub. Əsas tənqid də ondan ibarətdir ki, bu iki ölkənin seçdiyi yol, prioritet elan etdiyi hədəflər tamam başqadır. Məsələn, gürcülər qeyd edildiyi kimi, iyunun 27-də Avropa İttifaqı ilə Assosiativ üzvlük sazişinə imza atacaq. Ermənistan isə Rusiyanın forpostu kimi Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunacaq. Belə olan halda hansı birgə prioritetlərdən danışmaq olar. Gürcüstan torpaqları, konkret olaraq Abxaziya, Cənubi Osetiya Rusiya tərəfindən işğal olunub. Ermənistan isə bu siyasəti dəstəkləyib. Özü də bunu Gürcüstan tərəfi də açıq şəkildə Sarksiyaın üzünə vurub. Bu ittihamı isə adi bir şəxs deyil, parlamentin spikeri David Usupaşvili üstüörtülü şəkildə səsləndirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər