Sarkisyan danışıqlardan imtina edir

Sarkisyan danışıqlardan imtina edir

Təfsilat
25 Aprel 2016, 16:24 2085
"Müharibə istənilən an başlaya bilər və münaqişəni həll etmək üçün danışıqların perspektivi çox azdır".

APA-nın məlumatına görə, bunu "Bloomberg"-ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, təhlükəsizliyə təminat olmadan Ermənistan üçün mübahisəli torpaqlarla bağlı Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur.

"Çünki vəziyyət indi tamamilə başqa cürdür. Bir tərəfdə biz danışıqlar apardığımız anda, digər tərəfdə hərbi rəsmilərin müharibə aparması mümkündür", - deyə o bildirib.