• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Sarkisyan Cənubi Koreyaya cavanlaşmağa gedibmiş...

24.01.14 11:36 1276
Sarkisyan Cənubi Koreyaya cavanlaşmağa gedibmiş...
Bu barədə APA Koreyanın «Chosun» İnternet qəzetinə istinadən məlumat verib.
S.Sarkisyan yanvarın 9-da Seulun Qanqam rayonunda yerləşən «Chaum» tibb mərkəzinin klinikasına daxil olub. Onu klinikaya gələrkən polis konvoyu müşayiət edib.
S.Sarkisyan tibb mərkəzində olduğu həftə ərzində (yanvarın 17-dək) müddətdə hər gün hüceyrə köklərinin müalicəsi, spa və yaşlanmaya qarşı terapiya, bədənin cilalanması, masaj və çəki nəzarət proqramları üzrə müalicə alıb.
Ümumilikdə Ermənistan prezidenti müalicəyə 200 milyon Koreya vonu (təqribən 185 min ABŞ dolları) ödəyib.
banner

Oxşar Xəbərlər