• cümə, 29 Mart, 04:11
  • Baku Bakı 7°C

Sarkisyan Azərbaycan prezidenti ilə görüşündən danışdı

23.11.13 10:54 1449
Sarkisyan Azərbaycan prezidenti ilə görüşündən danışdı
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə noyabrın 19-da Vyanada keçirdikləri görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc kimi qiymətləndirib.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, S. Sarkisyan Azərbaycan prezidentində problemi həll etmək istəyi gördüyünü, lakin bunun yetərli olmadığını söyləyib: “Eyni istək bizdə də var. Şəxsən mən arzu edirəm ki, problem maksimum qısa zamanda həll olunsun, lakin Azərbaycan prezidenti hansı şərtlər əsasında münaqişənin həll olunmasını istəyir və mən hansı şərtlərdə həllini istəyirəm? Bütün məsələ budur. Lakin təkrar edirəm ki, baş tutmuş görüşü müsbət qiymətləndirirəm”.
S. Sarkisyan qeyd edib ki, prezidentlər xarici işlər nazirlərinə dekabrın əvvəlində danışıqların yeni mərhələsinə başlamağı tapşırıblar: “Dekabr ayında Minsk Qrupunun həmsədrləri bölgəyə gələcəklər. Düşünürəm ki, Azərbaycan prezidenti ilə yaxın vaxtlarda görüşmək barədə razılığımız da bu görüşlərin əsasında reallığa çevriləcək”.
banner

Oxşar Xəbərlər