• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

“Sarı jiletlər”in etiraz aksiyasında 54 min insan iştirak edib

10.02.19 10:39 496
“Sarı jiletlər”in etiraz aksiyasında 54 min insan iştirak edib
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, etiraz aksiyasının 13-cü aktında 54 min, "sarı jiletlər”in hesablamasına görə isə 110 min aksiyaçı olub.
AZƏRTACxəbər verir ki, Parisdə 31 nümayişçi dindirilib, onlardan 21-i saxlanılıb.
Parisdə Milli Assambleyanın qarşısında polislə qarşıdurma zamanı nümayişçilərdən biri əlini itirib. Vitrinlər sındırılıb, maşınlar yandırılıb.
Ölkə üzrə bütün etiraz aksiyalarında polislə ciddi qarşıdurma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

banner

Oxşar Xəbərlər