• cümə axşamı, 28 mart, 18:57
  • Baku Bakı 13°C

“Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib

24.03.19 11:19 468
“Sarı jiletlər” aksiyasının 19-cu aktında 40 mindən çox nümayişçi iştirak edib
Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, ölkədə "sarı jiletlər” aksiyasının 19-cu aktında 40 min 500 nümayişçi iştirak edib, 233 nəfər dindirilib və 107 nəfərə qarşı protokol tərtib edilib. Yerli vaxtla axşam saat 17:00-dək 172 nəfər müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib.
Parisdə 5 min nümayişçi küçələrə çıxıb, 6825 nəfərin kimliyi yoxlanılıb, 70 nəfər dindirilib və nümayiş qadağan edilmiş məkanlarda 49 nəfərə qarşı protokol tərtib edilib.
Monpelye, Nis şəhərində nümayişçilər toplaşma qadağasına məhəl qoymadığı üçün polislə qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Nisdə yaralanan qadının vəziyyətinin ağır olduğu bildirilir. Bordoda isə radikal anarxist qrupun üzvləri gərgin anlar yaşadıblar.
Ötən həftə ilə müqayisədə "sarı jiletlər” aksiyaçılarının sayında artım müşahidə olunub.

banner

Oxşar Xəbərlər