• cümə axşamı, 02 may, 01:21
  • Baku Bakı 15°C

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü işə başlayıb

10.06.18 11:19 519
Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü işə başlayıb
Çin Xalq Respublikasının Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü işə başlayıb.
AZƏRTAC"RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, zirvə görüşünün açılışında çıxış edən Çin Xalq Respublikasının sədri Si Cinpin üzv ölkələr arasında sabitliyin, təhlükəsizliyin və regional inkişafın təmin edilməsində ŞƏT-in önəmini vurğulayıb.
"Biz ŞƏT-in davamlı və uzunmüddətli inkişafı üçün hər kəslə birlikdə işləməyə hazırıq”, - deyə Si Cinpin bildirib.
Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları - Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, habelə təşkilata ötən il qoşulan Pakistanın Prezidenti Məmnun Hüseyn və Hindistanın baş naziri Narendra Modi iştirak edir.
Təşkilatda müşahidəçi statusu olan ölkələrdən İranın, Əfqanıstanın, Monqolustanın və Belarusun prezidentləri də zirvə görüşünə qatılıb.
banner

Oxşar Xəbərlər