• cümə, 26 Aprel, 00:38
  • Baku Bakı 16°C

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti gələn il Çindao şəhərində keçiriləcək

09.12.17 17:16 2105
Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti gələn il Çindao şəhərində keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti gələn ilin iyun ayında Çinin Çindao şəhərində keçiriləcək.
AZƏRTACxəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Cari ilin iyun ayında ŞƏT-in Astana sammitindən sonra təşkilata sədrlik Qazaxıstandan Çinə keçib. Astana sammiti qurum yaranandan sonra ilk dəfə olaraq yeni üzvlər qəbul etməsi ilə tarixə düşüb. Pakistan və Hindistan təşkilata tamhüquqlu üzv qəbul olunub. Bununla da ŞƏT əhalisinin sayına və ərazisinə görə dünyada ən böyük regional təşkilata çevrilib.
Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.
banner

Oxşar Xəbərlər