• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Korsar” baleti nümayiş etdiriləcək

07.01.18 18:20 979
Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Korsar” baleti nümayiş etdiriləcək
Yanvarın 25-26-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında nümayiş etdiriləcək Adolf Adanın "Korsar” baletində azərbaycanlı gənc balet artisti Timur Əsgərov da rol alacaq.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində təqdim ediləcək baletdə yanvarın 25-də Konrad obrazını Timur Əsgərov canlandıracaq.
"Korsar” baletinin 1863-cü ildə Mariya Teatrında Marius Petipanin xoreoqrafiyasinda, 1987-ci ildə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Mariya Teatrı) Pyotr Qusevin redaktəsində premyeraları olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
banner

Oxşar Xəbərlər