• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Don Kixot” baleti oynanılacaq

10.03.19 11:00 638
Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Don Kixot” baleti oynanılacaq
Martın 16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdviq Minkusun "Don Kixot” baleti nümayiş etdiriləcək.
AZƏRTACxəbər verir ki, səhnə əsərində Bazil rolunu Azərbaycanın Əməkdar artisti Timur Əsgərov canlandıracaq. Baletin dünya premyerası 1869-cu ildə Moskvada Böyük Teatrda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 1902-ci ildə nümayiş etdirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

banner

Oxşar Xəbərlər