AZE | RUS | ENG |


Sankt - Peterburqda Beynəlxalq Qaz Forumu keçiriləcək

Sankt - Peterburqda Beynəlxalq Qaz Forumu keçiriləcək
Oktyabrın 3-6-da Sankt-Peterburqda VII Beynəlxalq Qaz Forumu keçiriləcək.

Tədbirin təşkilatçısı "EkspoForum-İnternəşnl” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, neft və qaz sənayesi mütəxəssislərinin VII Beynəlxalq Konqresi çərçivəsində müxtəlif formatlarda 60 tədbir - plenar iclas, konfranslar, "dəyirmi masa”lar, işgüzar müşavirələr, keys-turnirlər, səyyar ekskursiyalar nəzərdə tutulub.

Forumda əsas etibarilə qaz sənayesində dünya meyilləri və dövlət siyasəti; energetika təhlükəsizliyi və inkişaf perspektivləri; gənclər günü: nəsillərin dialoqu; neft və qaz sənayesinin istehsalat-texnoloji komplekslərinin avtomatlaşdırılması, informasiyalaşdırılması və metroloji təminatı; qazla işləyən mühərriklər üçün yanacaq; təbii maye qaz, sıxılmış təbii qaz, maye karbohidrogen qazı, neftli səmt qazı; servis və infrastruktur: istismar, təmir və xidmət, təhlükəsizlik, yeraltı qaz anbarları; neft və qaz sektorunda idxalın əvəzlənməsi; qazın paylanması və istehlakı; investisiyalar və maliyyələşdirmə mövzuları müzakirə ediləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008